Sabunçuda atasını öldürən şəxslə bağlı cəza tələb edilib

12 Avqust 2026 17:34 (UTC+04:00)

Atasını qətlə yetirməkdə ittiham edilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.

SİA-nın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif edib.

Məhkəmənin növbəti iclası 2 sentyabrda baş tutacaq.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Sabunçuda baş verib. Mübahisə nəticəsində Ayxan atasını bıçaqlayaraq qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.