Bəzi yerlərdə intensiv yağış yağır - FAKTİKİ HAVA

12 Avqust 2026 17:07 (UTC+04:00)

Avqustun 12-si saat 16:00-a olan faktiki hava açıqlanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şamaxı, Xaltan, Altıağac, İsmayıllı, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Qusar, Qrız, Sarıbaş (Qax), Kişçay (Şəki), Şahdağda şimşək çaxır, arabir yağış yağır.