AFFA-da UEFA B kateqoriyalı məşqçi kursuna start verilib

12 Avqust 2026 16:12 (UTC+04:00)

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun I mərhələsinə start verilib.

Bu barədə SİA-ya qurumdan bildirilib.

Dörd gün davam edəcək məşğələlərə Təhsil Şöbəsinin rəhbəri Aslan Kərimov, eləcə də təlimatçılar Osman Rəhimov və Arif Əsədov rəhbərlik edirlər.

Qeyd edək ki, məşqçi kursunun I mərhələsinə avqustun 13-də yekun vurulacaq.