İran Hörmüz boğazının açılması ilə bağlı şərtləri ABŞ-a göndərib. "Tasnim"in məlumatında deyilir ki, bu barədə İranın Ali rəhbərinin yeni hərbi müşaviri Möhsün Rezai bildirib. Onun sözlərinə görə, Tehran hərbi əməliyyatların dayandırılması, İran aktivlərinin blokdan çıxarılası, eləcə də regionda, o cümlədən Livan və Qəzza zolağında müharibələrin dayandırılmasını tələb edir.
"ABŞ öz mövqeyini dəyişməyənə və İranın şərtlərini qəbul etməyənə qədər boğaz açılmayacaq", - Rezai bildirib.