Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib. SİA xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da bu gün meydana çıxıb.
Valdas Dambrauskasın komandası öz meydanında Danimarka çempionu "Orhus"la qarşılaşıb. Matç "Sabah"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, paytaxt təmsilçisi Avropa Liqasının Liqa mərhələsini təmin edib. Tərəflər arasında Danimarkada keçirilən ilk matçda "Orhus" 2:1 hesablı qələbə qazanıb.
"Sabah" pley-off mərhələsində "Srvena Zvezda" - "Hapoel" (Ber-Şeva, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq.
Mətləb