Seda Sayan gözəllik sirlərini açıqlayıb

11 Avqust 2026 14:55 (UTC+04:00)

Türkiyəli müğənni və aparıcı Seda Sayan gənc görünüşünün sirri ilə bağlı açıqlamaları ilə yenidən gündəmə gəlib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, S. Sayan bildirib ki, sağlam və formada qalmasının əsas səbəbi qidalanma rejiminə ciddi əməl etməsidir. Onun sözlərinə görə, səhərlər günə bir çay qaşığı qara zirə yağı, ananas sirkəsi qatılmış su və şəkərsiz qəhvə ilə başlayır. Proqramdan əvvəl isə cəmi iki ədəd duzlu peçenye yeyir.

Məşhur sənətçi qidaları düzgün kombinə etməyin vacibliyini də vurğulayıb. O bildirib ki, əgər plov yeyəcəksə, yanında başqa yemək qəbul etmir. Məsələn, badımcan yeməyi ilə birlikdə plov yeməyin düzgün olmadığını qeyd edib.

Seda Sayan zarafatla "budaq kimi incəyəm" ifadəsini işlədərək bu qidalanma vərdişlərinin onun fit görünüşünü qorumağa kömək etdiyini deyib. Açıqlamalar sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.