"7 iyun seçkilərindən sonra yenidən baş nazir seçilən Nikol Paşinyanın 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış Azərbaycanla sülh razılaşmasının ildönümü münasibətilə Azərbaycan Prezidentinə zəng vurması onun əvvəlki siyasi kursuna sadiqliyini və Azərbaycanla sülh istiqamətində danışıqları irəlilətmək niyyətində olduğunu göstərir".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.
_(1)_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, bu telefon danışığı zamanı həm sülh danışıqlarının gündəliyi ətrafında fikir mübadiləsinin aparılması, həm Zəngəzur dəhlizi ilə bağlı məsələlərin, eyni zamanda, sülhə xidmət edən digər fəaliyyət sahələrinin müzakirə olunması onu göstərir ki, hər iki ölkədə sülhün əldə olunması ilə bağlı ali siyasi iradə bu gün də mövcuddur:
"Yəqin ki, ilin sonuna qədər Azərbaycanın haqlı tələbi əsasında Ermənistanda növbəti konstitusiya dəyişikliyinə gətirib çıxaracaq referendumun keçirilməsi ilə sülh danışıqlarında da ciddi bir irəliləyiş olacaq.
Bu zəng bir daha göstərir ki, Ermənistandakı şovinist dairələrin mövcudluğundan və kilsə institutunun şovinist II Qareginin nəzarətində olmasından asılı olmayaraq, əvvəlki və yenilənmiş Ermənistan hökumətinin Azərbaycanla bir il bundan öncə əldə olunmuş sülh razılaşmasına sadiqliyi davam edir və bu zəng həmin mövqenin əyani göstəricisi kimi qiymətləndirilə bilər".