DSMF: Yanvar-iyul aylarında sosial sığorta haqları üzrə daxilolmalar proqnozu üstələyib

11 Avqust 2026 11:37 (UTC+04:00)

2026-cı ilin yanvar-iyul ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 240,4 milyon manat və ya 6,3% artım qeydə alınıb.

Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 93,9 milyon manat və ya 7,4%, qeyri-büdcə təşkilatları üzrə isə 242,9 milyon manat və ya 9,9% artımla olub.