İranın xarici işlər naziri Abbas Əraqçi pakistanlı həmkarı Məhəmməd İshaq Darla telefon danışığı aparıb. Məlumata görə, telefon danışığı zamanı gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidi üçün münasib marşrutun müəyyən edilməsi ilə bağlı İran və Oman arasında danışıqlar davam edir.
Bu telefon zəngində tərəflər ikitərəfli əlaqələr və regiondakı proseslər barədə məsləhətləşmələr aparıblar. İshaq dar Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin üçtərəfli müdafiə sazişinə dair İslamabadın mövqeyini də izah edib.
Mətləb