Yeddi ayda icmal büdcənin gəlirləri 28,8 milyard manat olub

10 Avqust 2026 18:52 (UTC+04:00)

2026-cı ilin yanvar-iyul ayları ərzində icmal büdcənin gəlirləri 28 milyard 841,8 milyon manat təşkil edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Dövr ərzində icmal büdcənin xərcləri isə 23 milyard 742,4 milyon manat məbləğində icra edilib.