Şahbuzda yol qəzası baş verib, ölən var.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Şahbuz-Batabat magistralında baş verib.
Belə ki, "VAZ 21013" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan Şahbuz sakini, 1950-ci il təvəllüdlü Ə. Cəlilova həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.