Nigeriyada difteriya epidemiyası: 17 nəfər həyatını itirdi

10 Avqust 2026 16:28 (UTC+04:00)

Nigeriyanın şimalındakı Niger ştatında difteriya epidemiyası nəticəsində 17 nəfər həyatını itirib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Niger Ştatının Səhiyyə Komissarı Murtala Bagana bildirib ki, Bida, Suleja və Shiroro bölgələrində difteriyaya yoluxma hallarının sayı artıb.

Onun sözlərinə görə, sözügedən bölgələrdə ümumilikdə 124 difteriya hadisəsi qeydə alınıb. Xəstələrdən 103-ü müalicə olunaraq xəstəxanadan evə buraxılıb, 17 nəfər isə xəstəlik səbəbilə dünyasını dəyişib.

Murtala Bagana əhalinin sağlamlığının qorunması üçün aidiyyəti qurumları təcili tədbirlər görməyə və yerli idarəetmə orqanları ilə dərhal əlaqə saxlamağa çağırıb.

Ayşən Vəli