Lukaşenkonun qəribə qərarı...

10 Avqust 2026 19:49 (UTC+04:00)

...Belarus Xüsusi Əməliyyat Qüvvələri məhsul yığımı kampaniyasında zəif nəticə göstərən işçiləri işə götürməyə başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Belə insanların orduya göndərilməsi təşəbbüsü Aleksandr Lukaşenkoya məxsusdur.

İyulun 22-də keçirilən telefon danışığı zamanı o, qiyabi işçiləri və əmək intizamını pozanları cinayət məsuliyyətinə cəlb etmək əvəzinə Ukrayna sərhədinə göndərməyi təklif edib.

...İşləməyi bilməyənlərin hamısı - orduya və cənub sərhədinə... Bir həftəlik təlim (qumbaraatan, pulemyot) - və onlar yola düşürlər.

Lukaşenko vurğulayıb ki, bu tədbir yalnız adi işçilərə deyil, həm də dövlət məmurlarına da aiddir.

Müdafiə Nazirliyi bu təcrübəni rəsmi olaraq hərbi komissarlıqların döyüş və səfərbərlik hazırlığını yoxlamaq üçün çağırışçıların çağırılması kimi rəsmiləşdirib.

Əli Babayev