Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

10 Avqust 2026 15:01 (UTC+04:00)

Mədəniyyət naziri Adil Kərimli Laçında vətəndaşları qəbul edəcək.

Mədəniyyət Nazirliyindən SİA-ya verilən xəbərə görə, qəbul 27 avqust saat 10:00-da Laçın rayonundakı Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında keçiriləcək.

Qəbulda Laçın, Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edə bilər.