"Böyük Qayıdış müasir Azərbaycan tarixinin ən əlamətdar hadisələrindən biridir. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə çox sürətlə yenidənqurma və bərpa işlərinə başlayıb".
Bunu SİA-ya açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.
_(2)_(1)_(1)_(1)_(2)_(1)_(1)_(1)_(1).jpg)
Media eksperti sözlərinə belə davam edib:
"Tamamilə dağıdılmış və alt-üst edilmiş torpaqları yenidən bərpa edir, orada yaşayış məskənləri salır, şəhər və kəndləri sıfırdan qurur, infrastrukturu yenidən yaradırıq. Bütün bu işlər kifayət qədər sürətlə həyata keçirilir.
Belə bir şəraitdə Böyük Qayıdış prosesi də dayanmadan davam edir. Demək olar ki, hər gün xəbərlərdə neçə-neçə ailənin öz doğma kəndlərinə, şəhərlərinə və yeni salınmış yaşayış məskənlərinə qayıtdığının şahidi oluruq. Bu, olduqca mühüm prosesdir və Azərbaycan dövlətinin öz torpaqlarına necə sahib çıxdığını bütün dünyaya nümayiş etdirir.
Halbuki ermənilər otuz il ərzində həmin əraziləri işğal altında saxladıqları müddətdə orada, demək olar ki, heç bir quruculuq işi aparmayıblar. Əksinə, mövcud yaşayış məntəqələrini, tarixi və mədəni abidələri, infrastrukturu və bizdən qalan bütün tikililəri dağıdaraq yerlə-yeksan ediblər.
Bu faktın özü bir daha göstərir ki, həmin torpaqların əsl sahibi kimdir. Dağıdan və məhv edən tərəfin həmin torpaqlara sahiblik iddiası ilə çıxış etməsi mümkün deyil. Əsl sahiblik qurmaq, bərpa etmək, yaşatmaq və gələcəyə daşımaqla özünü göstərir.
Azərbaycanın həyata keçirdiyi Böyük Qayıdış prosesi də məhz bunu bir daha nümayiş etdirir. Biz həmin torpaqlara qayıdır, şəhərlərimizi və kəndlərimizi yenidən qurur, insanlarımızın doğma yurdlarında təhlükəsiz və layiqli şəkildə yaşaması üçün bütün şəraiti yaradırıq".