Bu xanım BMT-nin ilk qadın baş katibi ola bilər...

10 Avqust 2026 03:02 (UTC+04:00)

BMT-nin yeni baş katibi seçilmək şansı olan əsas namizədin adı açıqlanıb. Kosta-rikalı diplomat və ölkənin sabiq vitse-prezidenti Rebekka Qrinspan BMT baş katibi postu uğrunda mübarizədə liderə çevrilib.

"The Guardian" nəşrinin məlumatına görə, BMT Təhlükəsizlik Şurasının ilk gizli səsverməsində Qrinspan 10 lehinə və 1 əleyhinə səs alıb.

Qərb diplomatlarından biri bildirib ki, bəzi şəxslər Qrinspanı hazırkı baş katib Antonio Quterreşin qeyri-rəsmi dəstəyindən yararlanan namizəd kimi qiymətləndirirlər.

Mətləb