"Avropa müharibənin astanasındadır' - Vuçiç yenə hədələdi

10 Avqust 2026 01:22 (UTC+04:00)

Serbiya Prezidenti Aleksandar Vuçiç yenə müharibə bəyanatı ilə çıxış edib. Serbiya lideri Avropanın genişmiqyaslı müharibənin astanasında olduğunu hesab edir. Bu barədə "Axel Springer" media konserninin idarə heyətinin sədri Mattias Döpfnerin podkastında danışıb.

O, son vaxtlar Ukraynada sülhə nail olmaq üçün kiminsə təşəbbüs göstərəcəyinə ümid etdiyini deyib.

"Bu baş vermədi və yaxın zamanda da baş verməyəcək. Bu isə o deməkdir ki, biz daha böyük müharibənin astanasındayıq", - Serbiya prezidenti vurğulayıb.