Nyu Yorkda gəmi aşıb, ölən və yaralananlar var

9 Avqust 2026 23:03 (UTC+04:00)

Nyu York şəhərində Azadlıq heykəlinin yerləşdiyi Liberti adası yaxınlığında gəminin aşması nəticəsində iki nəfər ölüb, 12 nəfər yaralanıb.

"ABC Nyus" telekanalının ən son məlumatında deyilir ki, hadisə gecə saatlarında baş verib.

Həlak olanlar 27 yaşlı qadın və beş aylıq qızdır. Hadisə nəticəsində xəsarət alan 12 nəfərin vəziyyətinin yüngül olduğu və xəstəxanaya yerləşdirildiyi bildirilir. Qəzanın səbəbi hələlik açıqlanmayıb.

Mətləb