"Razılaşma olsa da, olmasa da İranın nüvə silahı olmayacaq"

9 Avqust 2026 17:49 (UTC+04:00)

İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, AFP xəbər verir ki, Netanyahu bunu hökumətin iclasında deyib.

“Bir daha vurğulamaq istəyirəm: razılaşma olsa da, olmasa da, mən Baş nazir olduğum müddətdə İranın nüvə silahı olmayacaq”, - Netanyahu bildirib.

İsrailin Baş naziri bu mövqeyin İranla bağlı diplomatik danışıqların nəticəsindən asılı olmadığını vurğulayıb.