...Şahzadə Diananın qardaşı qızı ledi Eliza Spenser Ukrayna dizaynerlərinin pərəstişkarları siyahısına əlavə olunub.
Belə ki, İtaliyadakı Villa Cimbrone-da tətil edərkən, Erl Spenser və keçmiş model Viktoriya Lokvudun 34 yaşlı qızı SS'26 BEVZA kolleksiyasından "Ağ üzərində ağ" donunda görüntülənib.
SİA-nın əldə etdiyi məlumata görə, Eliza görünüşünü ürək formalı kulon və geniş çanta ilə tamamlayıb - Amalfi sahilində rahat gəzintilər üçün mükəmməl kombinasiya... Şəkillərin müəllifi onun əri Çenninq Millard idi. İndi don endirimlə mövcuddur: onu 31.000 qrivna əvəzinə 18.600 qrivnaya almaq olar.
Deyilənlərə görə, Spenser ailəsinin nümayəndələrinin Ukrayna brendinin geyimlərini seçməsi ilk dəfə deyil. Daha əvvəl Elizanın bacısı Ledi Amelia Spenser BEVZA-nın ikonik ipək BB donunda görünmüşdü.
...BEVZA nümayəndələri qeyd ediblər ki, "Şahzadə Diananın qardaşı qızlarının ilk dəfə olaraq brendin şəkillərini seçməsi BEVZA üçün böyük şərəfdir".
Nazlı Almuradova