Xorvatiyada yük və sərnişin qatarlarının toqquşması nəticəsində 24 nəfər xəsarət alıb. Bu barədə Xorvatiya Radio və Televiziyası məlumat yayıb.
"Zaqrebdən təxminən 65 km aralıda yerləşən Sveti-İvan-Jabno bələdiyyəsində sərnişin və yük qatarlarının toqquşması baş verib. Hadisə yerinə təcili xidmət qurumları cəlb olunub, toqquşmanın səbəbi isə hələlik müəyyənləşdirilir", - məlumatda bildirilib.
Xorvatiya Təcili Tibbi Yardım İnstitutunun məlumatına görə, insident nəticəsində 24 nəfər xəsarət alıb, onların hamısına tibbi yardım göstərilib. 12 nəfərin müalicəsi davam etdirilir, onlardan üçünün vəziyyəti ağırdır.
Mətləb