"Arsenal" 87 milyon avroya futbolçu transfer edib

8 Avqust 2026 23:19 (UTC+04:00)

İngiltərənin "Nyukasl" futbol klubunun yarımmüdafiəçisi Brunu Qimaraynş karyerasını "Arsenal"da davam etdirəcək. London təmsilçisinin mətbuat üçün açıqlamasında deyilir ki, bu transfer "topçular"a 87 milyon avroya başa gılib.

Futbol üzrə Braziliya millisinin 28 yaşlı üzvü "topçular"la 2030-cu ilin yayına qədər müqavilə imzalayıb. Sözləşmədə müddətin artırılmasına aid bənd yer alıb. Futbolçu yeni komandasında 39 nömrəli formanı geyinəcək.

Mətləb