İtaliyada təhlükəli seysmik aktivlik səbəbindən Neapol yaxınlığındakı Putszuoli şəhərində 125 binanın sakinlərini köçürülüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ANSA məlumat yayıb.
Bu, diametri təxminən 12-14 kilometr olan supervulkanın kraterini təşkil edən Fleqrey çölləri ərazisindəki seysmik aktivliklə bağlıdır.
Köçürülmə 2 min yaxın sakini əhatə edib. Köçürülənlərin əksəriyyəti özlərinə alternativ yaşayış yeri tapıb, 200 sakinə isə yerli hakimiyyət orqanları müvəqqəti yerləşmək üçün yer tapmağa kömək edib.