TRIPP Azərbaycana Naxçıvana maneəsiz giriş imkanı verəcək.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlonun sözlərinə görə , son bir ildə Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsində əhəmiyyətli irəliləyişlər əldə edilib.
Karlon 8 avqust 2025-ci il tarixində Vaşinqton Zirvə Toplantısının birinci ildönümü münasibətilə ABŞ səfirliyinin rəsmi X sosial media hesabında dərc olunmuş videomüraciətdə bildirib ki, bu marşrut
Azərbaycana Naxçıvana maneəsiz çıxış imkanı verəcək, inteqrasiyanı təşviq edəcək və Şərq ilə Qərb arasında əlaqələri inkişaf etdirəcək, eləcə də Azərbaycan və bütün region üçün iqtisadi fayda yaradacaq.