"Barselona"nın 45 milyon avroluq təklifini rədd etdilər!

8 Avqust 2026 05:04 (UTC+04:00)

İnsayder Ben Ceykobs maraqlı paylaşım edib. İddiaya əsasən, Mançester Siti" "Barselona"nın yarımmüdafiəçi Rodri üçün göndərdiyi ilk rəsmi transfer təklifini qəbul etməyib.

Mənbənin iddiasına görə, Kataloniya klubu 30 yaşlı ispaniyalı futbolçu üçün təxminən 45 milyon avro təklif etsə də, İngiltərə təmsilçisi bu məbləği kifayət hesab etməyib. "Şəhərlilər" Rodrinin transferindən təxminən 75 milyon avro gəlir əldə etmək niyyətindədir. Bildirilir ki, tərəflər arasında danışıqlar davam edir.

Mətləb