Bu Klinikada direktor müavini işdən çıxarıldı

8 Avqust 2026 03:05 (UTC+04:00)

Yeni Klinikanın direktor müavini işdən çıxarılıb. SİA Unikal-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb. Əmr əsasən, Ravil Tağıyev Yeni Klinikanın direktor müavini vəzifəsindən azad edilib. R.Tağıyev 2024-cü ildə bu vəzifəyə təyinat almışdı.

Qeyd edək ki, Yeni Klinikanın direktoru Zəhra Vəzirovadır. O, bu ilin may ayında adıçəkilən tibb ocağına rəhbər təyin olunub.

Mətləb