Bu ölkə Qrenlandiyaya hərbçilər göndərir

8 Avqust 2026 02:26 (UTC+04:00)

Belçika NATO-nun "Arctic Sentry" missiyası çərçivəsində Qrenlandiyaya 30-a qədər hərbi qulluqçu göndərəcək. Bu barədə Belçikanın müdafiə naziri Teo Franken məlumat verib.

Qeyd olunub ki, Belçika hərbçiləri sentyabrın 4-dən 18-dək Qrenlandiyada keçiriləcək NATO təlimlərində iştirak edəcəklər. Hərbi qulluqçuların göndərilməsi ilə bağlı qərarı Teo Franken İslandiyaya səfəri zamanı təsdiqləyib.

Mətləb