Laçında yanğın olub

8 Avqust 2026 01:03 (UTC+04:00)

Laçın şəhərində yaşayış evlərinin yaxınlığında yanğın baş verib. Hadisə şəhərin Qorxmaz Eyvazov küçəsində baş verib. Belə ki, kolluq və quru otların yanması qısa müddətdə geniş əraziyə yayılıb.

Laçın rayon Dövlət Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürmə avtomobili və şəxsi heyəti hadisə yerinə cəlb edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsindən sonra yanğının yaşayış evlərinə keçməsinin qarşısı alınaraq söndürülüb. İlkin məlumata görə, yanğın zamanı təxminən 200 kvadratmetr sahədə olan bitkilər yanaraq məhv olub.

Mətləb