İranda partlayış olub - ölənlər var

8 Avqust 2026 00:02 (UTC+04:00)

İranın Mircavə şəhərində hərbçilərin və təhlükəsizlik qüvvələrinin yerləşdiyi ərazinin yaxınlığında güclü partlayış baş verib. "Azad İran" "Telegram" kanalında yayımlanan məlumata görə, partlayış nəticəsində bir neçə hərbçi həlak olub, daha bir neçə nəfər isə xəsarət alıb. Lakin ölən və yaralananların dəqiq sayı hələlik məlum deyil.

Partlayışdan sonra ərazi tamamilə mühasirəyə alınıb, yaralılar Zahedandakı xəstəxanalara çatdırılıblar.

Mətləb