11 saylı vəkil bürosunun vəkili İlqar Həmidov həbs edilib. SİA "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, dələduzluqda ittiham olunur. Vəkil vətəndaş şikayəti əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (təkrar xeyli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 11 saylı vəkil bürosunun rəhbəri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Azər Quliyevdir. Hələlik büro tərəfindən vəkilin həbsi ilə bağlı hər hansı münasibət bildirilməyib.
Mətləb