“Mançester Yunayted” 18 yaşlı futbolçunu heyətinə qatıb

7 Avqust 2026 22:29 (UTC+04:00)

“Mançester Yunayted” növbəti transferini reallaşdırıb. SİA ingilis klubunun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Kolumbiyanın yüksək liqa təmsilçisi “Fortalesa”dan gənc yarımmüdafiəçi Kristian Oroskonu transfer edib.

18 yaşlı futbolçu ötən mövsüm “Fortalesa”nın əsas heyətində 5 matçda meydana çıxıb. O, Kolumbiyanın U-17 yığmasına müntəzəm dəvət alır. Gənc futbolçu əvvəlcə "Mançester Yunayted"in akademiyasında məşq edəcək.

Mətləb