Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub

7 Avqust 2026 19:54 (UTC+04:00)

Beyləqan rayonunda su kanalında boğulan yeniyetmənin meyiti tapılıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bünyatlı kəndi ərazisində baş verib.

Məlumata görə, Gödəklər kənd sakini, 30 avqust 2011-ci il təvəllüdlü Əmrahov Murad Ramil oğlu çimərkən su kanalında boğulub.

Yeniyetmənin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.