Pirallahıda futbol festivalı

7 Avqust 2026 16:05 (UTC+04:00)

7 avqust 2026-cı il tarixində Pirallahı rayonunun 186 nömrəli tam orta ümumtəhsil məktəbində Pirallahı Rayon İcra Hakimiyyəti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “12 Avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə minifutbol üzrə rayon festivalı keçirilmişdir.

Festivalda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Rauf Əliyev, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev, Federasiyanın baş katibi Asim Xudiyev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, fəal gənclər və rayon ictimaiyyəti iştirak ediblər.

Minifutbol festivalı çərçivəsində komandalar arasında maraqlı və gərgin oyunlar keçirildi. Tədbir zamanı iştirakçılar öz idman bacarıqlarını nümayiş etdirərək sağlam rəqabət və komanda ruhu nümayiş etdirdilər. Festival idmanın təbliği, gənclərin asudə vaxtlarının səmərəli təşkili və rayon üzrə idmanın kütləviliyinin artırılması, habelə həvəskar gənclər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli oldu.

Festivalın sonunda fərqlənən komandalar və gənc oyunçular təşkilatçı qurumlar tərəfindən hədiyyələrlə mükafatlandırıldı və minifutbol festivalının iştirakçıları ilə xatirə şəkilləri çəkdirildi.