Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

7 Avqust 2026 14:12 (UTC+04:00)

Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Nemət Zeynal oğlu Nağdəliyev bu vəzifəyə təyinat alıb.