Bakının mərkəzində obyektdə baş verən yanğın məhdudlaşdırılıb

7 Avqust 2026 14:11 (UTC+04:00)

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyektdə baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Binada arakəsmələrin taxta konstruksiyalardan ibarət olmasının alovun yayılma riskini artırması və yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirməsinə baxmayaraq, yanğının genişlənməsinə imkan verilməyib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.