Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim bu ölkənin Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Stiv Deynslə görüşüb. SİA-nın məlumatına görə, səfir bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib. O, görüşdə Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və regional əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələrə görə senatora təşəkkürünü bildirib.
Xəzər İbrahim qeyd edib ki, söhbət zamanı senatorun bu yaxınlarda Prezident İlham Əliyevlə keçirdiyi görüş və həmin görüşdə aparılan müzakirələr də məmnunluqla xatırlanıb.
Mətləb