ABŞ Kubaya "dişini göstərir" - 5 təşkilat və 8 fiziki şəxsə qarşı SANKSİYA

7 Avqust 2026 00:03 (UTC+04:00)

ABŞ artıq Kubaya "diş göstərməyə" başlayıb. Belə ki, Ağ Ev Kubanını 5 təşkilatına və 8 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib, Vaşinqton onları Havananın hərbi əlaqələrinə kömək etməkdə və Kubanın güc strukturları üçün silah tədarükündə ittiham edir. SİA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində bildirib. "Bu gün mən rejim üçün silah alışı ilə əlaqəli beş Kuba təşkilatına və səkkiz şəxsə qarşı sanksiyalar tətbiq etdim", - Rubio yazıb.

Onun sözlərinə görə, Kuba rəhbərliyi ABŞ-nin milli təhlükəsizliyi üçün təhdid yaradır, çünki hərbi və kəşfiyyat strukturlarından Birləşmiş Ştatlara qarşı casusluq, radikal qrupların dəstəklənməsi və Rusiya, Çin və İranla əməkdaşlıq üçün istifadə edir.

Mətləb