5 yaşlı uşaq traktorun altında qalıb öldü...

7 Avqust 2026 00:21 (UTC+04:00)

İmişlidə 5 yaşlı uşaq velosepedlə traktorun altında qalaraq ölüb. Hadisə rayonun Rəsullu kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2021-ci il təvəllüdlü Ömər Rəşid oğlu Xəlilov velosiped sürərkən traktora dəyib. Ağır xəsarət alan azyaşlı xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.

Mətləb