Zelenski Kiyevdə Ceyhun Bayramovla görüşüb

6 Avqust 2026 22:03 (UTC+04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu Kiyevdə qəbul edib. SİA xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında bildirib.

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Cənab nazir Rusiyanın işğalı başlayandan bəri Ukraynaya ilk dəfədir səfər edir. O, səfərinə Azərbaycanın yardım göstərdiyi məktəbi, xəstəxananı və reabilitasiya mərkəzini ziyarət etdiyi İrpendən başlayıb. Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə buraya gəlməyə və bizi dəstəkləməyə imkan tapdığınıza görə çox minnətdarıq. Ukrayna xalqı ilə həmrəyliyə görə təşəkkür edirəm", - Zelenski qeyd edib.

Zelenski Rusiyanın Ukraynaya davam edən zərbələri, Qara dənizdəki vəziyyət və Moskvanın taxıl dəhlizlərini bloklaması barədə Ceyhun Bayramovu məlumatlandırıb.

Mətləb