Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

6 Avqust 2026 17:55 (UTC+04:00)

Avqustun 4-də Mingəçevir şəhərinin ərazisində, Qarabağ suvarma kanalında batan 2012-ci il təvəllüdlü Nicat Yalçın oğlu Şərifzadənin meyiti tapılıb

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib

Bildirilib ki, meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.