UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Dinamo Kiev” qarşılaşmasının Bakıdakı cavab oyunu üçün biletlər bu gün satışa çıxıb.
Klubdan SİA-ya verilən məlumata görə, biletlərin satışı saat 12:00-dan başlayıb.
Standart biletlərin qiyməti 5, 10, 15 və 20 AZN müəyyənləşdirilib. VIP sektorlar üçün biletlər 50, 75 və 100 AZN, VVIP sektor üçün isə 150 AZN təşkil edəcək.
Azarkeşlərin stadiona girişinə yalnız etibarlı QR kodu olan biletlə icazə veriləcək.
Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Dinamo Kiev” qarşılaşması saat 20:00-da başlayacaq. Komandalar arasında ilk oyun isə bu gün Polşanın Lublin şəhərində yerləşən "Lublin Arena"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.