YAP Səbail rayon təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görüş keçirilib - FOTOLAR

6 Avqust 2026 11:47 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının tədbirlər planına uyğun olaraq “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP-ın “Qızıl Fondu” hesab olunan “91-lər” və partiyanın veteranları ilə görüş keçirilib.

SİA xəbər verir ki, tədbirdən əvvəl YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və “91-lər”in nümayəndələri Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbiri giriş sözü ilə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev açaraq “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti, Yeni Azərbaycan Partiyasının fəaliyyəti və veteranların cəmiyyət həyatındakı rolu barədə fikirlərini bölüşüb.

Daha sonra YAP-ın “91-lər” nümayəndəsi, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Asif Cahangirov, “91-lər” nümayəndələri Munis Bayramov, Allahverdi Hacıyev və Əziz Axundov, YAP-ın “91-lər” nümayəndəsi, Veteranlar Şurasının üzvü Tahir Məmmədov, eləcə də YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva çıxış ediblər.

Çıxışlarda Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolu, “91-lər”in siyasi fəaliyyətə verdiyi töhfələr, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması və ölkədə həyata keçirilən şəhərsalma siyasəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda xatirə fotosu çəkdirilib.