İspaniya və Ekvador "Europol"un dəstəyi ilə beynəlxalq narkotik ticarəti şəbəkəsinə qarşı birgə əməliyyat keçirib. Bu barədə İspaniya Milli Polisinin bəyanatında bildirilir.
Qurumun məlumatına görə, əməliyyat nəticəsində 21 ton kokain müsadirə edilib, həmçinin 44 şübhəli saxlanılıb.
Qeyd olunur ki, istintaq Cənubi Amerikadan İspaniyaya narkotik tədarükü ilə məşğul olan və Dubaydan olan investorlar tərəfindən maliyyələşdirilən transmilli cinayətkar şəbəkənin fəaliyyətini əhatə edib. Kokain əsasən Ekvadorun Quayakil limanı vasitəsilə göndərilən adi yüklərin içərisində gizlədilib.
Mətləb