UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin görüşləri keçirilir. SİA xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da bu gün meydana çıxıb.
Valdas Dambrauskasın komandası Danimarka səfərində "Orhus"la qarşılaşıb. Matç "Orhus"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, tarixində ilk dəfə ÇL-də iştirak edən “Sabah”ın həmin turnirdə ilk məğlubyyəti olub.
Qeyd edək ki, oyunun Bakı vaxtı ilə saat 20:30-da başlaması planlaşdırılsa da, komandaların tıxac səbəbindən gecikməsinə görə matç saat 21:10-da start götürüb.
Qeyd edək ki, "Sabah"la "Orhus" arasında cavab matçı avqustun 11-də Masazırda keçiriləcək.
Mətləb