Daha 1 nəfər Qarabağ kanalında batıb

5 Avqust 2026 22:19 (UTC+04:00)

Mingəçevir şəhəri, Qarabağ suvarma kanalında 1 nəfər batıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2012-ci il təvəllüdlü Nicat Yalçın oğlu Şərifzadənin batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Mətləb