“Kəpəz” qapıçısı ilə yeni müqavilə imzalayıb

5 Avqust 2026 17:59 (UTC+04:00)

"Kəpəz" klubu qapıçısı Elgün Bayramovla müqavilənin müddətini uzadıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Gəncə təmsilçisindən verilən məlumata görə, 23 yaşlı qolkiperlə mövsümün sonunadək yeni sözləşmə imzalanıb.

Elgün Bayramov ötən mövsüm "Kəpəz"in heyətində iki oyunda meydana çıxıb.