Dubaydan Nyu-Yorka uçan sərnişin təyyarəsi göyərtədə bir sərnişinin qəfil səhhətinin pisləşməsi səbəbindən marşrutunu dəyişərək İstanbul Hava Limanına məcburi eniş edib. Təyyarənin ekipajı vəziyyət barədə hava hərəkətinə nəzarət xidmətinə məlumat verdikdən sonra təcili eniş üçün icazə alıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təyyarə İstanbul Hava Limanına təhlükəsiz eniş etdikdən sonra tibb briqadası hava limanında hazır vəziyyətdə gözləyib. Səhhəti pisləşən sərnişinə ilkin tibbi yardım göstərilib və daha sonra xəstəxanaya aparılıb.
Yanacaq doldurulması və zəruri prosedurlar tamamlandıqdan sonra təyyarə uçuşunu bərpa edərək Nyu-York istiqamətində yoluna davam edib.