Serdar Ortaçdan şəxsi həyatı ilə bağlı açıqlama - TÜRKİYƏ

5 Avqust 2026 13:44 (UTC+04:00)

Türkiyəli məşhur müğənni Serdar Ortaç konsertdən sonra jurnalistlərin suallarını cavablandırarkən şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sənətçi bildirib ki, bu günə qədər həyatına daxil olan qadınların demək olar ki, hamısı sarışın olub. O, bu barədə zarafatla danışaraq deyib:

"Hamısı sarışın idi. Bir dənə də qarabuğdayı qız olmadı."

Ortaç qeyd edib ki, anası ona hər zaman qarabuğdayı qızların daha gözəl və daha xeyirli olduğunu deyirmiş. Müğənni isə bu məsləhətə qulaq asmadığını etiraf edib və bundan sonra həyatında fərqli seçim etmək istədiyini bildirib.

Müğənninin bu açıqlaması sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi onun sözlərini zarafat kimi qiymətləndirsə də, digərləri açıqlamanın maraqlı etiraf olduğunu qeyd ediblər.