Azərbaycanın 2 boksçusu Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

5 Avqust 2026 11:39 (UTC+04:00)

Avqustun 6-da Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda məktəbli boksçular (U-15) arasında beynəlxalq turnir start götürəcək.

Boks Federasiyasından SİA-ya verilən məlumata görə, 4 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

Məşqçi Etibar Abdullayevin rəhbərliyi altında Sərxan Haqverdiyev (70 kiloqram) və Teymur Tanrıverdiyev (+70 kiloqram) rinqə çıxacaqlar.