Tarix dəyişib, yeni reallıqlar yaransa da, xalqlar bəzən keçmişin dərslərini, xüsusilə də torpaq itkilərini, ərazilərinin ilhaqını unuda bilmirlər. Fikir verin, az qala 80 ilə yaxındır ki, Ərəblərlə İsrail arasında qarşıdurma yaşanır. Hələ də, tərəflər bir-birini məhv etməyə çalışırlar. Çünki, İsrail Fələstinin, eyni zamanda Livanın, Suriyanın, Misirin torpaqlarını işğal edib. Hər gün atəş səsləri eşilir və hansısa tərəfdən insan ölümlərinin baş verdiyi, şəhər və qəsəbələrin dağıdıldığı xəbərləri eşidilir. Eyni faciəvi proseslər Rusiya ilə Ukrayna arasında baş verir. Nədən ki, Rusiya iddia edir ki, Ukraynanın bəzi əraziləri Rusiyanın tarixi torpaqlarıdır. Bu səbəbdən də qanlı müharibəyə start verilib.
Hazırda tarixi torpaqlara sahiblik uğrunda mübahisə Mərakeşlə İspaniya arasında yaşanır. Problem o dərəcədə dərin və ziddiyyətlidir ki, hər an tərəflər arasında qanlı müharibə yaşana bilər. Səbəb isə Mərakeş və İspaniya arasında tarixi mübahisənin mövzusu olan Seuta şəhəri ilə bağlıdır. Mərakeş Seutanın onun tarixi torpağı olduğunu iddia edir və səhvin aradan qaldırılması üçün müxtəlif çabalar göstərir. Məlumatlara görə, bilavasitə hakimiyyət orqanlarının göz yummaları səbəbindən 40.000 nəfər insan Mərakeşdən İspaniyanın nəzarətində olan Seuta şəhərinə keçib. Nəticədə İspaniya ordusu ilə miqrantlar arasında qarşıdurma yaşanıb. Bir sıra xarici media orqanları azı 18 nəfərin həyatını itirdiyini yazır. Mərakeş Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, ümumilikdə Seuta istiqamətində hərəkət edən şəxslərin sayı təxminən 40 min, Melilya istiqamətində isə 1135 nəfər olub. Melilyaya çata bilən bütün şəxslər sonradan geri qaytarılıb. O bildirib ki, indiyədək baş vermiş hadisələr nəticəsində Seuta şəhəri yaxınlığındakı qayalıq ərazidən yıxılma nəticəsində bir nəfər təsadüfən həlak olub, bundan əlavə 10 nəfər suda boğularaq həyatını itirib.
Cəbəllütariq boğazının yaxınlığında yeni böhran yaşanır
İspaniyanın b.aş naziri Pedro Sançes vəziyyəti yerində qiymətləndirmək üçün daxili işlər naziri Fernando Qrande-Marlaska ilə birlikdə Seutaya səfər edib. Hökumətin qərarına əsasən, şəhərə əlavə hərbçilər və polis qüvvələri göndərilib. Avropa İttifaqı (Aİ) da böhranın qarşısını almaq üçün İspaniyaya dəstək təklif edib. Aİ-nin miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunner vəziyyətin nəzarətə götürülməsi məqsədilə "Frontex" vasitəsilə əlavə yardım göstərməyə hazır olduqlarını açıqlayıb. İspaniya Ali Məhkəməsinin bu ay qəbul etdiyi qərardan sonra Seutaya dəniz yolu ilə çatan miqrantların dərhal geri qaytarılması mümkün olmadığından bölgədə miqrasiya təzyiqi daha da artıb. Məhkəmənin qərarında dəniz yolu ilə ölkə ərazisinə çatan şəxslərin fərdi araşdırma aparılmadan dərhal Mərakeşə geri qaytarılması qadağan edilib.
İspaniya hakimiyyət orqanları problemin aradan qaldırıldığını və mərakeşlilərin Seutadan çıxarıldığını iddia etsələr də, Avropa İttifaqının rəsmiləri fərqli fikirlər səsləndirirlər. Qeyd olunur ki, hələ də, Seutada yüzlərlə mərakeşli qalmaqdadır. Bu isə şəhərdə humanitar böhran yarada biləcəyi ehtimalı yaradır. Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri İspaniyadan Mərakeşə geri qaytarıldığı bildirilən miqrantların sayı ilə bağlı sübut təqdim etməyi tələb ediblər. Məsələ avqustun 4-də keçiriləcək Aİ daxili işlər nazirlərinin videokonfransında da müzakirə olunub. İspaniya hakimiyyəti Avropa İttifaqı liderlərinin Seuta miqrasiya böhranına reaksiyasını sərt tənqid edib. Digər tərəfdən, bəzi Aİ ölkələri İspaniyanın siyasətinin miqrantların gəlişini təşviq etdiyinə inanırlar.
Sual oluna bilər ki, Seuta nədən Mərakeşlə İspaniya arasında qarşıdurma vəziyyətinin yaranmasına səbəb olub? Əvvəla onu qeyd etmək lazımdır ki, Mərakeş dəfələrlə İspaniyadan Seutanın onun ərazisi kimi tanınmasını tələb edib. Hətta ötən əsrin ortalarında qısa müddətli də olsa tərəflər arasında silahlı qarşıdurmalar da yaşanıb. Ancaq ABŞ-ın və Avropanın aparıcı dövlətlərinin Mərakeşi hərbi zərbələrlə cəzalandıra biləcəklərini bəyan etmələri rəsmi Rabatı geri çəkilməyə məcbur edib. Bununla belə Mərakeş iddialarından geri çəkilmir və bu gün də eyni mövqedədir. Mərakeş onu işğal olunmuş ərazisi hesab edir, İspaniya isə Seutanı 350-ə yaxındır ki, ərazisinin bir hissəsi hesab edir.
Seutanın tarixi təxminən 3 min il əvvələ gedib çıxır. Şəhər müxtəlif dövrlərdə finikiyalıların, romalıların və ərəb dövlətlərinin hakimiyyəti altında olub. 1415-ci ildə Portuqaliya Seutanı ələ keçirərək Afrikadakı ilk daimi müstəmləkəsini yaradıb. Daha sonra Portuqaliya ilə İspaniya eyni kralın hakimiyyəti altında birləşəndə şəhər faktiki olaraq İspaniyanın idarəsinə keçib. 1668-ci ildə imzalanan Lissabon müqaviləsi ilə Portuqaliya Seutanın İspaniyaya məxsus olduğunu rəsmən tanıyıb. Cəmi 18,5 kvadratkilometr əraziyə malik olan Seuta Aralıq dənizi ilə Atlantik okeanını birləşdirən Cəbəllütariq boğazının yaxınlığında yerləşir. Bu strateji mövqe əsrlər boyu şəhəri həm ticarət, həm də hərbi baxımdan əhəmiyyətli edib. Hazırda təxminən 85 min nəfərin yaşadığı Seutanı Mərakeşdən hündür hasar və güclü sərhəd nəzarəti ayırır. Buna baxmayaraq, hər il minlərlə miqrant Avropaya keçmək ümidi ilə məhz bu şəhərə daxil olmağa çalışır.
Seuta İspaniya ərazisi kimi tanınsa da, iqtisadi baxımdan Mərkeşdən asılıdır
Ədalət naminə qeyd etmək olar ki, Seuta Mərkeşin tarixi ərazisi olub. Mərakeşin Fnidek şəhəri ilə Seuta ən yaxın nöqtəsi arasındakı məsafə cəmi 2-3 kilometrdir. Bu yaxınlıq bir çox insanın üzərək keçməyə çalışaraq həyatlarını təhlükəyə atmasına səbəb olub. Bəzi mərakeşlilər dəniz yolu ilə üzərək şəhərə çatmağa çalışıb. Lakin əksər hallarda bu cəhd insanların həyatlarını itirmələri ilə nəticələnib. Sonuncu belə cəhd iyulun 30-da baş verdi. Bu dəfə 40 mindən çox insan Seuta daxil olmağa çalışdı və istəklərinə nail oldular. İspaniya mediası şəhərə tez çatmağa çalışan insanların kütləvi axını səbəbindən hadisələri tarixdəki ən böyük "humanitar işğal" kimi təsvir edir. Seuta yerli hökuməti fövqəladə humanitar və sosial böhranla üzləşdiklərini elan etdi və Madriddəki mərkəzi hökumətdən fövqəladə vəziyyət elan etməsini və şəhəri qorumaq üçün ordunu yerləşdirməsini istədi. Polis vəziyyəti nəzarətdə saxlaya bilmədiyi üçün böhran sərhəddən kənara, şəhər küçələrinə də yayıldı. Yerli İspaniya vətəndaşları küçələrə çıxdılar və bu da "işğalçılar" adlandırdıqları Mərakeş miqrantları ilə toqquşmalara səbəb oldu.
Seuta İspaniya ərazisi kimi tanınsa da, iqtisadi baxımdan Mərkeşdən asılıdır. Seuta əhalisi Mərakeşin Fnidek şəhərindən mal daşımaqla dolanır. İddialara görə, şəhərə daxil olan insanların çoxu bellərində ağır yük daşıyan və Seutaya girib mallarla qayıtmaq üçün saatlarla növbə gözləyən qadınlar olub. Bu qadınlar İspaniya sərhədçiləri tərəfindən pis rəftara məruz qalıblar və bəziləri hətta qaçaqmalçılıq əməliyyatları zamanı basabasda həyatını itiriblər.
Bu arada, Mərakeş Parlamenti tərəfindən hazırlanan hesabatda təxminən 3500 qadın və təxminən 200 uşağın İspaniya sərhədçiləri tərəfindən zorakılığa məruz qaldığını bəyan edib. Pis rəftar, sui-istifadə, oğurluq və xəstəliklər barədə xəbərlərdən sonra Mərakeş hökuməti "Bab Ceuta" qapısını tamamilə bağlamaq və dolanışıq qaçaqmalçılığı ticarətinə son qoymaq qərarına gəlib. Bu qərarla Seutadan olan minlərlə ailə yeganə dolanışıq mənbəyini itirib. Qərarın məqsədi insanların istismarına son neft və qazla zəngin Mərakeşlə qarşıduramaya getməyəcək. Bununla da Mərakeş az qala 350 ildən sonra tarixi ədalətsizliyi aradan qaldırmaqla Seuta sahib olacaq.
İ.ƏLİYEV